Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda yeni uşaq bağçası istifadəyə verilib

17 mart 2015 | 16:00

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilib. Açılış mərasimində Abşeronla qardaşlaşan Misirin Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahirin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Masazırda yeni istifadəyə verilən uşaq bağçasının açılışın mərasimində çıxış edən Abşeron rayon İcra hakimiyyəti başçısı Zakir Fərəcov tədbir iştirakçılarını ilaxır çərşənbəsi münasibəti ilə təbrik edib. Bildirilib ki, uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, yeni nəslin layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin başlıca prinsiplərindən olmaqla yanaşı, Azərbaycanın gələcəyinin təminatına da daha geniş imkanlar açır. Z.Fərəcov bu sahənin maddi texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının və digər layihələrin mühüm rol oynadığını vurğulayıb.

Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahir isə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə vilayətdə tikilən və onun adını daşıyan məktəbin tədrisin keyfiyyətinə görə Misirin aparıcı təhsil ocaqlarından biri hesab olunduğunu vurğulayaraq, uşaq bağçasının açılması münasibətilə təbriklərini çatdırıb.

Uşaq bağçası ilə tanış zamanı məlumat verilib ki, burada uşaqlara rus və ingilis dilləri də tədris ediləcək, rəqs və musiqi öyrədiləcək. Yaşlarına müvafiq olaraq 6 qrupa bölünən uşaqların tərbiyəsi ilə 12 müəllim və 1 musiqi rəhbəri məşğul olacaq.

Keçidlər