Şriftin ölçüsü :

Saytın rəngi :

Misirin Qalubiyyə vilayətinin qubernatoru Abşeron rayonunda olub

17 mart 2015 | 16:00

       Misirin Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahirin başçılıq etdiyi nümayəndə heyəti Abşerona səfər edib.Qonaqlar əvvəlcə rayonun inzibati mərkəzi - Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.Daha sonra misirli qonaqlar Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

      Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilə keçirilən görüşdə, rayonda aparılan tikinti-abadlıq işləri barədə məlumat verilib. Z.Fərəcov   2007-ci ildə Qalubiyyə vilayəti ilə Abşeron rayonunun qardaşlaşması barədə protokolun imzalanmasını xatırladaraq, sənədin bütün müddəalarının uğurla yerinə yetirildiyini bildirib.

Görüşdə Abşeronda salınan Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhər mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyədə isə Heydər Əliyev Parkı, Azərbaycan küçəsi və respublikamızın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan məktəbin olması ölkələrimiz arasında dostluğun əyani təzahürü kimi qiymətləndirilib.

Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahir qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, xalqlarımız arasındakı münasibətlərin tarixi kökləri barədə danışıb. O, Misirdə böyük nüfuza malik olan Mehriban Əliyeva adına məktəbin bu dostluğun göstəricisi olduğunu xüsusi vurğulayıb.

Sonra qonaqlar Xırdalan şəhərindəki Misir-ərəb təmayüllü 9 saylı orta məktəbdə olub, Xırdalandakı Qalubiyyə küçəsində yerləşən Azərbaycan-Misir dostluq parkını gəziblər.

 

Keçidlər