Şriftin ölçüsü :

Saytın rəngi :

Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

15 yanvar 2015 | 16:00

Abşeron rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda Abşeron rayon İcra hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov, Ərazi idarəetmə və yerliözünüidarəetmə orqanlarıilə iş şöbəsinin müdüri İlham Quliyev,qəsəbədə yerləşən təhsil, səhiyyə,mədəniyyət və idarə,müəssisə və təşkilatların nümayəndələri və qəsəbə sakinləri iştirak edirdilər.


      Toplantını Abşeron rayon İcra hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov açaraq geniş məruzə ilə çıxış etdi. O bildirdi ki, 2014-cü ildə rayonda qarşıya qoyulmuş bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilib və 2014-cü il Abşeron rayonu üçün uğurlu və yaddaqalan olub. Xüsusilə oktyabrın 3-də Prezident İlham Əliyevin Abşerona səfəri rayonun və hər bir abşeronlunun həyatında silinməz izlər buraxıb. Oktyabrın 3-də Prezident İlham Əliyevin Abşeron rayonuna səfəri zamanı istifadəyə verilən obyektlər rayonun inkişaf yolunda olmasının əyani təsdiqi idi. Prezident İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin, şahmat və musiqi məktəblərinin, Masazır qəsəbəsində inşa olunan stadionun açılışında iştirak edib, həmçinin Xırdalan şəhərindəki Bayraq meydanında, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
O,həmçinin qey edib ki, İl ərzində rayon ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyevin Masazır-Saray-Novxanı və Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yollarının tikintisinə vəsait ayrılması haqqında sərəncamı rayon ərazisində yol infrastrukturunun inkişafında mühüm əhəmiyyət kəsb edib. Belə ki, ötən dövr ərzində Masazır-Saray-Novxanı avtomobil yolu tikilərək istismara verilib, Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunda isə iş davam etdirilir. Bununla yanaşı, küçələrin və yol kənarlarının abadlaşdırılmasına da xüsusi diqqət yetirilib. Baıkı-Quba və Bakı-Şamaxı avtomagistrallarının rayon ərazisinə düşən hissəsinin kənarlarında abadlaşdırma işləri həyata keçirilib. Magistral yolların yaşayış məntəqələrindən keçən hissəsində 7 min metr uzunluqda hasar çəkilərək aqlay daşla üzlənib.
  

Tədbirdə geniş məruzə ilə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mirseyib İbrahimov demişdir:

  Regionların sosial – iqtisadi inkişafı ilə əlaqədar cənab Prezdentin imzaladığı fərmanın icra vəziyyətinin yerlərdə birbaşa özü tərəfindən yoxlanılması Azərbaycan Respublikasının hər yerində , o cümlədən Abşeron rayonunda da xalqı bu fərmanın layiqincə yerinə yetrilməsinə səfərbər etmişdir . Xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2005 - ci il tarixli sərəncamından sonra rayonumuzun digər kənd və qəsəbələrində olduğu kimi Hökməli qəsəbəsində də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində iri miqyaslı tədbirlər həyata keçirilməkdədir. Hökməli qəsəbəsinin inzibati ərazisində 12900 nəfər daimi qeydiyyatı olan,7000-dən artıq isə qeydiyyatsız əhali yaşayır.

     2014- ci il ərzində Hökməli qəsəbəsi , «At yalı» və «Nübar » yaşayış massivlərində 3 ədəd müxtəlif gücə malik elektrik transformatorları quraşdırılıb istifadəyə verilmişdir.
Qəsəbənin , həm də « At yalı » və « Nübar » yaşayış massivlərinin « Azəriqaz » istehsalat birliyində təsdiq olunmuş layihə əsasında qazlaşdırma işi və «Smartkart» tipli sayğacların quraşdırılma işləri davam etdirilir .
Ötən müddət ərzində « Oğuz -Qəbələ-Bakı» magistral su xəttindən qəsəbəyə 4,2 km olan su xətti çəkilmişdir.


    «At yalı» və «Nübar » yaşayış massivində yaşayan əhaliyə tibbi xidmət göstərmək məqsədilə 11 otaqdan ibarət tibb məntəqəsi inşa edilmiş və son tamamlama işləri aparılır. Yeni yaşayış massivlərinin daxili yollarını asfaltlaşdırmaq məqsədi ilə 23 min kub . metr qum, çınqıl, verilmişdir. Qurunt sularının axıdılması üçün 50 yerdə su borusu qoyulmuşdur . Eyni zamanda 1000 metrdən çox kanalizasiya xəttləri çəkilmiş və 3500 ədəddən artıq müxtəlif növ ağac əkilmişdir.
Bakı- şamaxı yolunun qəsəbəmizə aid hissəsində qəsəbə bələdiyyəsinin gördüyü işlərin həcmi son illərdə görülən ən irimiqyaslı abadlıq işi kimi qəsəbəmizin tarixinə yazıldı.
Hökməli qəsəbəsinin inzibati ərazisində 1590 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır .Bu vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün nümayəndəlik və bələdiyyə daim diqqət göstərir.
Hökməli qəsəbəsində bir tam orta məktəb, bir uşağ bağçası, bir klub,bir kitabxana , bir həkim ambulatoriyası və bir poçt fəaliyyət göstərir. 2014-2015 – cü tədris ilində məktəbin 40 sinifində 921 nəfər şagird komplektləşdirilmişdir . Şagirdlərə 65 nəfər müəllim təlim - tərbiyə verir . 2013 - 2014-ci tədris ilində məktəbin XI sinifini bitirən şagirdlərdən 77 %-i ölkənin müxtəlif ali və orta ixtisas məktəblərinə daxil olmuşdur.

Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Konstitusiyasından, Yerli İcra Hakimiyyətləri haqqında əsasnamədən və Abşeron rayon İcra Hakimiyyətindən daxil olan əmr və sərəncamlara əsasən quraraq üzərinə düşən vəzifələri tələb olunan səviyyədə yerinə yetirməyə çalışacaqdır.
  Sonra rayon icra hakimiyyətinin başçısınının müavini Fuad Cəbrayılov nümayəndəliyin hesabat məruzəsi və ümumilikdə hesabat ilindəki fəaliyyəti ilə bağlı fikirlərini bildirdi, tövsiyələrini verdi. Fuad Cəbrayılov dövlət hakimiyyət orqanları ilə əhali arasında yaxınlaşmanın təmin edilməsində nümayəndəliyin xeyli işlər gördüyünü qeyd etdi, eyni zamanda görüləsi işlərin də çox olduğunu vurğulayaraq dedi: "Nümayəndəliklər bizim yaxın köməkçimiz olmalı, əhali arasında maarifləndirmə, məlumatlandırma işləri aparmalı, xoşagəlməz halların baş verməsinin qarşısını almalıdırlar. Onlar insanların, vətəndaşların inamını, etibarını qazanmalıdırlar. Belə olanda istənilən məsələ ilə bağlı müraciətlər də çoxalacaq. Bu müraciətlərə nümayəndəlik tərəfindən tədbir görməyə imkan olmadığı təqdirdə icra hakimiyyəti məsələyə müdaxilə etməlidir. Hesabat məruzəsindən göründüyu kimi, ötən bir il ərzində müəyyən işlər görülmüşdür. Düşünürəm ki, nümayəndəlik qarşıdakı illərdə daha səmərəli fəaliyyət göstərəcəkdir. Mən bu yolda sizə uğurlar arzulayıram”.
Digər çıxış edənlər ötən bir il ərzində Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətinin uğurlu cəhətlərini qeyd edərək onun işini, hesabat məruzəsini qənaətbəxş hesab etdilər.

Sonda Rayon icra hakimiyyəti başçısının müavininin təklif və tövsiyələri nəzərə alınaraq qərar layihəsi qəbul olundu.

 

Keçidlər