Şriftin ölçüsü :

Saytın rəngi :

Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

08 yanvar 2015 | 16:00

    Rayonunun idarə və müəssisələrində, xidmət təşkilatlarında ,müxtəlif əmək kollektivlərində 2014-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncaqları keçirilir, görülən işlərə yekun vurulur, 2015-ci il üçün yeni vəzifələr müəyyənləşdirilir. Abşeron rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqları davam edir. Növbəti belə tədbir Rayon İcra Hakimiyyəti başçısının Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində kecirilmişdir. Abşeron Rayon icra hakimiyyəti başçısının müavini Faiq Kərimovun,  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdüri İlham Quliyevin,  Rayon icra hakimiyyətinin məsul işçilərinin, rayon təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət təşkilatlarının əməkdaşlarının, həmçinin Fatmayı kənd sakinlərinin, rayon içtimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən insanların iştirak etdikləri yığıncaq Fatmayı kənd  tam orta məktəbin konfrans zalında keçirildi.

   Hesabat məruzəsi ilə çıxış edən Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif Haqverdiyev  2014-cü  il ərzində Regionların sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində və rayon rəhbərinin təşəbbüsü və dəstəyi ilə kəndə görülən işlərdən danışmış, həyata keçirilən tədbirləri sadalamışdır. Məruzədə qeyd edilmişdir ki, kəndin sakinləri ötən il kəndin sosial-ictimai həyatında, dövlət tədbirlərində, mədəni-kütləvi işlərdə yaxindan iştirak etmiş, yaşadıqları ərazinin abadlıq- quruculuq işlərində fərqlənmişlər.  Digər mərüzəçilər də  çıxışlarında kənddə görülmüş işlərlə yanaşı həllini gözləyən problemlərdən danışımışlar.

     Yığıncaqda cıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Faiq Kərimov,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son bir ildə respublikamızda həyata keçirilən dinamik iqtisadi inkişafdan, regionlarda, o cümlədən Abşeronda Rayon rəhbəri cənab Zakir Fərəcovun təşkilatçılığı və təşəbbüsü ilə aparılan abadlıq quruculuq işlərindən danışmışdır. RİH başçısının müavini həmçinin qeyd etmişdir ki, rayon rəhbəri cənab Zakir Fərəcovun tələbi hər bir qəsəbənin, kəndin inkişaf səviyyəsinin ən qısa müddətdə Avropa standartlarına çatdırılması və  qalan digər problemlərin  də "Dövlət Proqram"ları və rayonun daxili imkanları  səviyyəsində həll edilməsidir.

Bunun üçün kənd bələdiyyələri, yerli ictimaiyyət,  mövcud problemlərin aradan qaldırılmasında daha fəal və aktiv olmalıdırlar.

Sonda     kənd sakinlərinin arzu və təkliflərini dinləyən  RİH Başçısının müavini F.Kərimov , qaldırılan məsələlərlə bağlı aidiyyatı orqanların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Keçidlər