Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədli kəndində yeni inşa edilmiş uşaq bağçası-körpələr evinin açılışı olmuşdur

27 dekabr 2014 | 16:00

       Bu gün  Abşeron rayon icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov , rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimayətinin nümayəndələri Məmmədli kəndində yeni inşa edilən 10 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.


      Bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir deyən Abşeron RİH-nin başçısı Zakir Fərəcov  rayon ərazisində görülən işlərdən danışıb.  İcra başçısı qeyd edib ki,  son illər ərzində respublikamızda 100-lərlə uşaq baxçası və körpələr evlərinin tikilməsi, bir çoxunun isə yenidən bərpası ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açmışdır. Natiq   Azərbaycanın 1-ci xanımı,  Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təhsil sahəsində  gördüyü mühüm işlərdən danışıb.

 Daha sonra  rayon rəhbəri cənab Zakir Fərəcov körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

İkimərtəbəli körpələr evi-uşaq bağçası 6 quruplu, 120 yerlikdir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə müşahidə kameraları qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib.

Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının obrazları həkk edilib. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri də yaradılmışdır.

 

Keçidlər