Elan
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05 avqust 2024-cü il tarixli, 226 nömrəli Sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və vətəndaş cəmiyyəti institutu nümayəndələrindən ibarət seçki komissiyası yaradılmışdır.
Bununla əlaqədar olaraq 15.08.2024-cü il tarixdən etibarən 21 gün müddətində Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 06.09.2024-cü il tarixdə başa çatacaqdır.
Sənədlər Abşeron RİH-ə elektron poçt (mail@absheron.gov.az) vasitəsilə təqdim olunmalıdır.
Əlaqə telefonu: Tel: (+994 12) 341-02-03