Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH yanında İctimai Şuraya növbəti seçkilər keçirilib

06 oktyabr 2024 | 14:27

05 Oktyabr 2024-cü il tarixində “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkilər keçirilib.

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilib. Belə ki, müraciət edən 12 təşkilatdan 10 -u səsvermədə iştirak edib.

Abşeron RİH yanında İctimai Şuraya növbəti seçkilərin keçirilməsinin təşkili məqsədi ilə yaradılan komissiyanın qərarına əsasən İctimai Şuranın üzvlərinin say həddinin 7 nəfər olması qəbul edilib.

Beləliklə, səsvermədə iştirak edən vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülən 8 nəfər namizəd içərisindən 7-i gizli səsvermə yolu ilə seçilib.

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.14-cü bəndinə əsasən seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair protokol tərtib olunduğu gündən (5 oktyabr 2024-cü il) 20 gün müddətində ilk iclasını keçirməklə İctimai Şura fəaliyyətə başlayır. Keçiriləcək iclasda 7 nəfərdən ibarət üzvlər içərisindən İctimai Şuraya sədr, sədr müavini və katibi səsvermə yolu ilə seçilir.

05 Oktyabr 2024-cü il tarixində Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçilən üzvlərin SİYAHISI

İsmayılova Xatirə Yolçu qızı - "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin üzvü

Nuriyeva Zülfiyyə Səfər qızı - "Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri

Qasımov Qubad İmamqulu oğlu - “İstedadlı Əlillər " İctimai Birliyinin sədri

İsgəndərov Eyşan Məhəmməd oğlu - “20 Yanvar” Cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri

Zeynalov Zamin Maarif oğlu - “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin rəhbəri

Səfərova Aidə Nəsib qızı - “Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək” İctimai Birliyinin sədri

Əliyev Elşən Musaxan oğlu - “Azərbaycan Respublikası Əfqənıstan Veteranları” İctimai Birliyinin Abşeron rayon təşkilatının sədri

Keçidlər