Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH-də könüllü qəbulu elan edilir

09 iyul 2024 | 10:18

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli, 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası Dövlət Proqramı”nın 5.2.18-ci yarımbəndinə və “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Abşeron RİH-də növbəti könüllü fəaliyyəti üçün qeydiyyat başlayır.

Abşeron RİH-də könüllü fəaliyyətin əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

  • Abşeron RİH-in şöbə, sektor və 16 inzibati ərazisində təcrübə keçmək;
  • Əməkdaşların iş təcrübəsini öyrənmək;
  • Ərizəçilərin qəbulunda bilavasitə iştirak etmək;
  • RİH-ə daxil olan müraciətlərə baxılması prosesində iştirak etmək;
  • RİH tərəfindən keçirilən vətəndaş qəbulları və səyyar görüşlərdə iştirak etmək;
  • Ərizə və şikayətlərin öyrənilməsi vasitəsilə ölkə Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiə mexanizmi ilə yaxından tanış olmaq;
  • Dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti, o cümlədən QHT-lərlə əməkdaşlıq prossesində iştirak etmək;
  • RİH tərəfindən əhalinin müxtəlif sosial qrupları (şəhid ailələri, qazilər, əlilliyi olan şəxslər, uşaqlar, qadınlar, ahıllar, qaçqın, keçmiş məcburi köçkün və miqrantlar, hərbi qulluqçular, eləcə də sahibkarlar ) ilə apardığı iş fəaliyyəti ilə tanış olmaq ;
  • Rayon ərazisində keçirilən dövlət tədbirlərində iştirak etmək;

Könüllülük fəaliyyəti 3 ay müddəti üçün nəzərdə tutulub.

Müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Abşeron RİH tərəfindən xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

* İntizamlılıq;

* Xoşrəftarlılıq;

* Ünsiyyətcillik;

* Operativlik;

* Kollektivdə işləmək bacarığı;

* Təşkilatçılıq;

* Təşəbbüskarlıq;

* Məsuliyyətlilik;

* Kompüter bacarığı.

Müraciət üçün:

Könüllülər sırasına qoşulmaq istəyən gənclər  öz CV-ni (tərcumeyi-hal)  rayon İcra Hakimiyyətinin rəsmi elektron poçtuna, mail@absheron.gov.az göndərə bilərlər.

Əlaqə nömrəsi: (+99412) 342-05-35, (+99412) 342-88-46,  (+994 55) 951-81-81

Keçidlər