Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlüyünə namizəd irəli sürülməsi ilə bağlı sənəd qəbulu 05.09.2024-cü il tarixində yekunlaşmışdır.
İctimai Şuraya 8 nəfərin namizədliyi irəli sürülmüşdür.
Seçki komissiyasının qərarına əsasən İctimai Şuraya 7 nəfər üzv seçiləcək. Seçki 05.10.2024-cü il tarixində saat 09:00-dan 11:00-dək Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 7 ünvanında keçirilməsi nəzərdə tutulur.
“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.1-ci maddəsinə əsasən namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının (onların ərazi təşkilatlarının), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına münasibətdə isə həmin ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda ictimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçilir.
Yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək (25.09.2024-cü il tarixinədək), həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.