Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzi

 

MƏRKƏZ HAQQINDA MƏLUMAT

Veb səhifəyə keçid

Abşeron rayon Heydər Əliyev Mərkəzi 12 sentyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimindən sonra muzey olaraq fəaliyyət göstərir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin 24.01.2012-ci il tarixli, 19 saylı əmrinə əsasən isə Heydər Əliyev Mərkəzi kimi fəaliyyətini davam etdirmişdir. 03 oktyabr 2014-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimindən sonra inşa edilmiş yeni binada fəaliyyətini davam etdirən mərkəz ümumilikdə 4 mərtəbədən və müxtəlif təyinatlı bölmələrin fəaliyyət göstərdiyi otaqlardan ibarətdir.

Abşeron rayon Heydər Əliyev Mərkəzi
Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, Heydər Əliyev parkı
Direktor: Həsənova Tükəzban Nurəddin qızı; ali; 23.09.1984; 12 il
 

Işçilərin sayı:

  • ştat cədvəli üzrə; 14 nəfər
  • faktiki; 14 nəfər
  • ali ixtisas; 4 nəfər
  • ali qeyri-ixtisas; 1 nəfər
  • orta ixtisas; 2 nəfər
  • orta; 7 nəfər

Çalışmanın yaş həddinə çatmış (65 yaşı tamam olan) əməkdaş yoxdur.
Işçilərin təhsil səviyyəsi üzrə sayı:

  • ali ixtisas; 4 nəfər
  • ali qeyri-ixtisas; 1 nəfər
  • orta ixtisas; 2 nəfər
  • orta; 7 nəfər

Müəssisənin yerləşdiyi şəhərin əhalisinin sayı; 115000 nəfə
Müəssisənin yerləşdiyi binanın istismara yararliliq vəziyyəti; qənaətbəxş
Müəssisənin yerləşdiyi binanın balans mənsubiyyəti; Sumqayıt RMİ
Müəssisənin yerləşdiyi bina haqqinda məlumat; mərkəz 3269 kvm sahəni əhatə edir;
4 mərtəbədən ibarətdir


1-ci mərtəbədə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey və 230 nəfər yerlik akt zalı

2-ci mərtəbədə ictimai-siyasi, elmi, mədəni və s. tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş 33 nəfər yerlik konfrans zalı, disskusiyalarin aparılması üçün nəzərdə tutulmuş müzakirə masaları, elektron kitabxana

3-cü mərtəbədə sərgi zalı, linqafon otağı, fotostudiya, rəsm studiyasi, smart sinif

4-cü mərtəbədə isə nigah mərasimlərinin qeyd edilməsi üçün təntənəli zal fəaliyyət göstərir.

Mərkəzdə Absheronxəbər.az informasiya agentliyi, həmçinin 2016-cı ildən isə rayon MKS-in 2 şöbəsi – İnformasiya-resurs və Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri fəaliyyət göstərir.


Abşeron rayon Tarix-diyarşünaslıq muzeyi; Xırdalan şəhəri
Mərkəz telefon və internetlə təchiz olunub
 

Mərkəzin sahəsi 1450kv.m olan I mərtəbəsində:

  • Ulu öndərin büstü
  • muzey
  • 230 yerlik akt zalı
  • paltarasan
  • foye
     

Sahəsi 900kv.m olan II mərtəbəsində:

  • ekspozisiya zalı
  • 33 nəfərlik konfrans zalı
  • gənclər üçün müzakirə, diskussiya zalı
  • elektron kitabxana
  • arxiv
  • texniki otaqlar
  • foye

Diskussiya zalı müxtəlif mövzular ətrafında müzakirələr aparılması məqsədilə yaradılmışdır. Bu zalda eyni zamanda məktəblər arasında bilik yarışları, intellektual oyunlar da keçirilməsi nəzərdə tutulmuşdur. Zalda quraşdırılmış video müşavirə avadanlığı ölkə daxili və dünyanın istənilən bir nöqtəsi ilə canlı bağlantı yaratmaq üçün nəzərdə tutulmuşdur. Elektron kitabxanada RİH tərəfindən 222 ədəd bədii, 194 ədədi xarici, 328 ədədi isə siyasi ədəbiyyat olmaqla cəmi 416 ədəd kitab hədiyyə verilmişdir. Oxucular kitabxanada istər internet vasitəsilə virtual kitabxanalardan, istərsə də kompyuterlərə yüklənmiş kitablardan istifadə edə bilirlər. Ümumiyyətlə bu kitabxanada kompyuterlərə virtual kitabxanalardan 5000-ə yaxin kitab yüklənmişdir ki, oxucular da bu kitablardan kompyuter vasitəsilə lokal şəkildə istifadə edə bilərlər. Konfras zal rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi avadanlıqlarla təchiz olunmuşdur.

Sahəsi 975kv.m olan III mərtəbəsində:

  • sərgi zalı
  • linqafon otağı
  • direktor otağı
  • smart sinif
  • rəssamlıq otağı
  • foto studiya
  • texniki otaqlar
  • foye
  • sanitar qovşağı

Linqafon kabineti səs və proyeksiya kompleks avadanlığı ilə təchiz edilmiş xüsusi auditoriyadır. Burada tədris alan şəxslərin xarici dillərin sərbəst öyrənilməsi üçün audio-vizual metod ilə optimal şərait yaradılmışdır. Linqafon kabinetinin avadanlıqları (maqnitafon, elektrofon, tələbələrin iş masasında quraşdırılmışmikrofon-telefon qarnituru üçün səs gücləndirici və s.) müəllimə individual tədris materialı ilə tədris alan hər bir tələbənin müstəqil işini təşkil etmək və ona nəzarət etmək imkanını yaradır. Foto-video studiya kabineti ən son avadanlıqlarla tam təchiz edilmiş xüsusi kabinetdir. Burada təhsil alan şəxslərin foto sənətini sərbəst öyrənmələri üçün vizual metod ilə optimal şərait yaradılmışdır. Bu kabinetin avadanlıqları (ştativ, arxa fon pərdəsi, üç ədəd işıq gücləndirici fotoaparat və s.) müəllimə individual tədris materialı ilə təhsil alan hər bir tələbənin müstəqil işini təşkil etmək və ona nəzarət etmək imkanı yaradır.Qalereya mükəmməl işıqlandırılmış, geniş və işıqlı,yerli və xarici rəssamların, heykəltəraşların, fotoqrafların sənət əsərlərinin nümayiş etdirilməsi üçün nəzərdə tutulmuş sərgi salonudur. Rəssamlıq studiyası lazım olan bütün avadanlıqlarla tam təchiz edilmişdir. Bu studiyanın avadanlıqları (malbert, planşet, fırça və s.) müəllimə individual tədris materialı ilə təhsil alan hər bir tələbənin müstəqil işini təşkil etmək və ona nəzarət etmək imkanı yaradır.Smart sinifdə tədris prosesi zamanı rəqəmsal texnologiyaların ən son nəaliyyətləri istifadə olunur. Bu sinif müəllim və şagirdlər üçün sensorlu interaktiv manitor ilə birgə audio-vizual tədris vasitələri ilə təchiz edilmişdir. Şagirdlər xüsusi planşetlərlə təmin edilmişdir ki, bu da onların müasir dünya ilə daha yaxından tanış olmasına kömək edir.

Sahəsi 975kv.m olan IV mərtəbəsində:

  • vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ)
  • kafe-bar
  • Nigah zalı ailə həyatına qədəm qoyan cütlüklərin nigahlarının rəsmiləşdirilməsi və nigah mərasimlərinin təşkili üçün nəzərdə tutulmuş geniş, gözoxşayan, təmtəraqlı zaldır.

 

 

Keçidlər