Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

ABŞERON   RAYON   İCRA   HAKİMİYYƏTİ   BAŞÇISININ

 

S Ə R Ə N C A M I

 

№  122                                                                                         22  İYUL  2017-ci il

 

 

“Rayon  (şəhər)  məhkəmələrinin   baxdığı   inzibati   xətalar   haqqında   işlər   üzrə   Abşeron   rayon     İcra   Hakimiyyəti   adından   protokol   tərtib   etmək    səlahiyyəti   olan   vəzifəli   şəxslərin   Siyahısı”nın    təsdiq   edilməsi   barədə”. 

 

 

Azərbaycan Respublikası  Prezidentinin  “Rayon  (şəhər)  məhkəmələrinin   baxdığı   inzibati  xətalar haqqında   işlər   üzrə   Abşeron   rayon     İcra   Hakimiyyəti   adından   protokol   tərtib   etmək    səlahiyyəti   olan   vəzifəli   şəxslərin   Siyahısı”nın    təsdiq  edilməsi   barədə”   2017-ci  il  3  may   tarixli  1361   nömrəli  Fərmanının  4-cü   bəndinin   icrasını  təmin   etmək  məqsədi   ilə   “Yerli   icra   hakimiyyətləri   haqqında   Əsasnamə”nin  4.15.6-cı,  6.8-ci   v.  6.9-cu  bəndlərinə   əsaslanaraq

 

QƏRARA  ALIRAM:

 

1. “Rayon  (şəhər)  məhkəmələrinin   baxdığı   inzibati   xətalar   haqqında  

işlər  üzrə  Abşeron   rayon  İcra  Hakimiyyəti   adından   protokol   tərtib   etmək    səlahiyyəti   olan   vəzifəli   şəxslərin   Siyahısı”   təsdiq   edilsin  (əlavə   olunur).

 

2.    Bu   sərəncamla   təsdiq   edillmiş “Rayon  (şəhər)  məhkəmələrinin   baxdığı   inzibati   xətalar   haqqında   işlər   üzrə   Abşeron   rayon     İcra   Hakimiyyəti   adından   protokol   tərtib   etmək    səlahiyyəti   olan   vəzifəli   şəxslərin   Siyahısı”nın  Abşeron   rayon   İcra   Hakimiyyətinin    internet   səhifəsində   yerləşdirilməsi  Aparatın   İnformasiya   təminatı   və   təhlili    sektorunun  müdiri  Rauf   Xanbabayevə    tapşırılsın.        

 

 

 

                                                                                         İradə Gülməmmədova

 

 

Abşeron rayon İcra Hakimiyyəti Başçısının 122 saylı,  20 iyul 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur.

 

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Abşeron Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin

 

S İ Y A H I S I

 

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Abşeron İcra Hakimiyyəti (bundan sonra - Rayon İcra Hakimiyyəti) adından aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

2. Məcəllənin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

3. Məcəllənin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərən Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

4. Məcəllənin 413-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

5. Məcəllənin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

6. Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

7. Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına münasibətdə təqdimatı vermiş:

7.1. Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri;

7.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.

8. Məcəllənin 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

8.1. inzibati xətalar haqqında işlər üzrə icraat Rayon İcra Hakimiyyətində aparılarkən Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, Hüquq şöbəsinin müdiri;

8.2. inzibati xətalar haqqında işlər üzrə icraat yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən aparılarkən Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər