Şriftin ölçüsü :

Saytın rəngi :

Mecdunov Xalid Zahir oğlu

  Soyad: Mecdunov
Ad: Xalid
Ata adı: Zahir oğlu
Doğum tarixi: 20.02.1995
Şəhid olub: 02.10.2020
Rütbə: Çavuş

 

 

Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M.Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb. Xanəndə Zabit Nəbizadənin bacısı oğludur.
Xalid Mecdunov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Mecdunov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.
Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Xalid Mecdunov ölümündən sonra "Vətən uğrunda" və  "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Keçidlər