Şriftin ölçüsü :

Saytın rəngi :

Heydərov Qadir Ədalət oğlu

  Soyad: Heydərov
Ad: Qadir
Ata adı: Ədalət oğlu
Doğum tarixi: 11.05.1998
Şəhid olub: 29.10.2020
Rütbə: əsgər

 

 

Qadir Ədalət oğlu Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonunun Əsədli kəndində doğulmuşdu. O, Bakı şəhərindəki 59 saylı məktəbdə 5-ci sinfə qədər oxuduqdan sonra təhsilini Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 1 saylı tam orta məktəbdə davam etdirib və həmin məktəbi 2016-cı ildə bitirib. O, 2016-cı ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb.
Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib.
Heydərov Qadir Ədalət oğlu 29 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı şəhid olub.
22 yaşlı şəhidimiz Qadir Heydərov Abşeron rayonu, Mehdiabad qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Qadir Heydərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və  "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər