Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənov Tofiq Etibar oğlu

  Soyad: Həsənov
Ad: Tofiq
Ata adı: Etibar oğlu
Doğum tarixi: 21.11.1989
Şəhid olub: 30.09.2020
Rütbə: MAHHXHQ baş çavuş

 

 

Tofiq Etibar oğlu Həsənov 1989-cu il noyabrın 21-də Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub.Tofiq Həsənov 2010-cu ildən Daxili Qoşunların sıralarında xidmət edirdi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Tofiq Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tofiq Həsənov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tofiq Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tofiq Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər