Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənov Əsəd Fərhad oğlu

  Soyad: Həsənov
Ad: Əsəd
Ata adı: Fərhad oğlu
Doğum tarixi: 16.04.1988
Şəhid olub: 01.10.2020
Rütbə: Kapitan

 

 

Əsəd Həsənov 1988-ci ildə aprelin 16-da İmişli rayonu Şahverdili kəndində dünyaya göz açıb. Həsənovlar ailəsi əslən Zəngəzurdan idi. Vətən həsrəti ilə yaşayan ailənin tək övladı olan Əsəd hələ kiçik yaşlarından hərbçi olmağı qarşısına məqsəd qoyub. Əsəd Ali Hərbi Məktəbə daxil olub, daha sonra bir zabit olaraq vətən keşiyində dayanıb.
Azərbaycan Ordusunun kapitanı olan Əsəd Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə Qərargah rəisi idi və Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin, üç batareyasının məhv edilməsində fərqlənib.
Əsəd Həsənov oktyabrın 1-də Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. İmişli rayonunda dəfn olunub.
Ailəli idi. 3 yaşlı Mələk adında qızı və 2 yaşlı Hüseyn adında oğlu yadigar qaldı.
Əsəd Həsənov xidməti dövründə  "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunub.
Ölümündən sonra "Vətən uğrunda" və  "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Keçidlər