Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıyev Ramid Nəriman oğlu

  Soyad: Hacıyev
Ad: Ramid
Ata adı: Nəriman oğlu
Doğum tarixi: 11.02.1987
Şəhid olub: 18.10.2020
Rütbə: mayor

 

 

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Ramid Nəriman oğlu Hacıyev 1987-ci il fevralın 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub.
Ramid 1994-cü ildə Xətai rayon 48 saylı tam orta məktəbin 8-ci sinfini başa vurduqdan sonra C.Naxçıvanski adına hərbi məktəbə daxil olub, həmin məktəbi müvəffəqiyyətlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Ramid Hacıyev ali hərbi məktəbi bitirdikdən sonra müxtəlif hərbi hissələrdə xidmət göstərib, Tabor komandiri olub. 2010-cu ildə leytenant, 2012-ci ildə baş leytenant, 2016-cı ildə kapitan, 2020-ci ildə mayor rütbəsi alıb. Üç hərbi medal, çoxlu sayda fəxri fərmanla təltif olunub.
Azərbaycan Ordusunun mayoru olan Ramid Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  18 oktyabr 2020-ci il tarixdə Talış kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalmışdır.
II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Ramid Hacıyev ölümündən sonra  "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Keçidlər