Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Fəzail Cahan oğlu

  Soyad: Əliyev
Ad: Fəzail
Ata adı: Cahan oğlu
Doğum tarixi: 05.11.1990
Şəhid olub: 30.09.2020
Rütbə: Kapitan

 

 

Fəzail Əliyev 1990-cı il noyabrın 5-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. 1996-2004-cü illərdə Ə.Cavadov adına Bəhmətli kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun kapitanı olan Fəzail Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fəzail Əliyev sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Bəhmətli kəndində dəfn olunub.
Şəhidliyindən sonra Fəzail Əliyev “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər