Şriftin ölçüsü :

Saytın rəngi :

Əhmədov Emil Bahadur oğlu

    Soyad: Əhmədov
Ad: Emil
Ata adı: Bahadur oğlu
Doğum tarixi: 26.11.1983
Şəhid olub: 31.10.2020
Rütbə: Gizir

 

Emil Əhmədov 1983-cü il noyabrın 26-da Zəngilanda anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Emil Əhmədov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Qəhrəman şəhid, tankçı-gizir Əhmədov Emil Bahadur oğlu "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı , "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Vətən uğrunda" (ölümündən sonra), "İgidliyə görə" (ölümündən sonra), "Cəbrayılın azad olunmasına görə" (ölümündən sonra), "Xocavəndin azad olunmasına görə" (ölümündən sonra) və "Füzulinin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub.

 

Keçidlər