Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətli İsgəndər Vüqar oğlu

  Soyad: Dövlətli
Ad: İsgəndər
Ata adı: Vüqar oğlu
Doğum tarixi: 24.09.1992
Şəhid olub: 09.10.2020
Rütbə: Gizir

 

 

İsgəndər Dövlətli 1992-ci ildə dağlar diyarı Lerik rayonunun Soru kəndində anadan olmuşdu. Uşaqlıq illəri qartallı qayalar qoynunda keçsə də, 1997-ci ildə ailə Bakı şəhərinə köçür. İsfəndiyar orta məktəbi başa vurub Rabitə və Nəqliyyat Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra o, Lerik rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Daxili Qoşunların Quba şəhərinin "N" saylı hərbi hissəsində müqəddəs əsgəri borcunu layiqincə yerinə yetirib evinə qayıdır. Vətən torpağını qorumaq, vaxtı gələndə mübarizliklə dığalara qalib gəlmək məqsədilə 2016-cı ildə hərbiyə qayıdır və kəşfiyyatçı gizir rütbəsində xidmətini davam etdirir.

27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak edərək vətəninə, el-obasına sevgisini bir daha göstərir. Döyüşdən döyüşə erməni dığalarına sarsıdıcı zərbələr endirərək onların xeyli sayda canlı qüvvəsini o dünyaya göndərir. Çox yerdə Ordumuzun uğurla irəliləməsi, strateji nöqtələri ələ keçirməkdə var qüvvəsini əsirgəmir. Kəşfiyyatçı gizir oktyabrın 9-da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhidlik məqamına yüksəlir.

İsgəndər Dövlətli ölümündən sonra "Vətən Uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Keçidlər