Şriftin ölçüsü :

Saytın rəngi :

Abbasov Fərrux Azər oğlu

    Soyad: Abbasov
Ad: Fərrux
Ata adı: Azər oğlu
Doğum tarixi: 18.10.1994
Şəhid olub: 25.10.2020
Rütbə: əsgər

 

Fərrux Abbasov 1994-cü il oktyabrın 18-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 2001–2012-ci illərdə X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərrux Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq vuruşub. Oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Zəlimxan kəndində dəfn olunub.

Ailəli idi. Bir qızı yadigar qaldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Fərrux Abbasov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər