Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda şəhidlərə il mərasimi keçirildi

12 noyabr 2021 | 16:00

Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canını vətəninə qurban verən əsgər Məmmədov Tural Tarıyel oğlunun və əsgər Dövlətov Zaur Zahir oğlunun il mərasimi keçirilib. Masazır və Digah kəndlərində keçirilən il mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, Abşeron Polis İdarəsi rəisinin köməkçisi Elnur Zeynalov, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
RİH başçısı İradə Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.

Keçidlər