Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda İctimai Şuranın hesabat konfransı keçirildi

15 oktyabr 2021 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İctimai Şuranın 1 ilinin tamam olması münasibətilə hesabat xarakterli tədbir keçirildi.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 oktyabr 2020-ci il tarixli Sərəncamı əsasında fəaliyyətə başlayan İctimai Şuranın 1 illik tədbiri Heydər Əliyev Mərkəzində baş tutdu.
İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın və digər rəsmi qonaqların iştirakı ilə keçirilən tədbirdə ilk olaraq Ümumilli Lider Heydər Əliyevin büstü qaşısına gül qoyuldu.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Vətən müharibəsində iştirak edərək şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi.
İlk olaraq Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyət göstərdiyi bir il müddətində gördüyü işlərin hesabatı video rollik şəklində qonaqlara təqdim edildi.
İcra başçısı İradə Gülməmmədova İctimai Şuranın bir ilinin tamam olması münasibəti ilə bütün Şura üzvlərini təbrik etdi, bundan sonraki fəaliyyətlərində uğurlar arzuladı. İcra Hakimiyyətinin dəstəyi ilə 1 il ərzində İctimai Şura təhsil, səhiyyə, sosial və digər sahələrdə uğurlu layihələr həyata keçirmişdir. Bu kimi layihələrin davamlı olmasını arzulayan icra başçısı növbəti il ərzində daha uğurlu işlər həyata keçiriləcəyinə əminliyini ifadə etdi.
Daha sonra çıxış edən İctimai Şura üzvləri göstərilən diqqətə görə İcra başçısına təşəkkürlərini bildirdi və gələcək fəaliyyət ili ərzində daha uğurlu işlər gözəcəklərini qeyd etdilər.
Çıxış edən qonaqlar İctimai Şura ilə birgə həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat veürdilər.
Sonra İradə Gülməmmədova Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şurada aktiv və səmərəli fəaliyyətinə görə üzvləri və İctimai Şuranın işində göstərdiyi könüllü və səmərəli xidmətinə görə isə digər qurumların əməkdaşlarını Fəxri Fərmanlarla təltif etdi.
Sonda xatirə fotosu çəkildi.

 

Keçidlər