Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş "Nizami İli" adlı tədbir keçirilib.

01 oktyabr 2021 | 16:00

Abşeron rayon Tarix və Diyarşünaslıq muzeyində keçirilən tədbir zamanı İcra Hakimiyyəti yanında İctimai Şuranın əməkdaşları, Mədəniyyət mərkəzinin, Təhsil şöbəsinin, Uşaq gənclər İnkişaf Mərkəzinin, Abşeron rayonunda yerləşən bağçaların, məktəblərin, xəstəxanaların və digər qrumların əməkdaşları, şagirdlər və digər qonaqlar iştirak edib.
Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında sərəncam imzalayıb.
Bu münasibətlə 01.10.2021-ci il tarixində keçirilən tədbir zamanı ilk olaraq qonaqlar Uşaq gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə şagirdlərin Nizami Gəncəvinin əsərlərindən ilham alaraq çəkdikləri rəsmlərlə tanış oldular.
Daha sonra Təhsil Şöbəsinin təşkilatçılığı ilə şagirdlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin şerilərini ifa etdilər , Azərbaycan və İngilis dillərində Nizami Gəncəvinin həyat və yaradıcılığından danışdılar.
Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Musiqili Komediya Xalq Teatrının aktyorları tərəfindən Nizami Gəncəvi əsərlərindən kiçik kreativ hissələr,bədii estetik düşüncə tərzinin zənginləşdirən dünya şöhrətli "Xəmsə" dən səhnələşdirilmiş musiqili tamaşalar nümayiş olundu.
Sonda tədbirdə iştirak edən şagirdlər Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şura tərəfindən təşəkkürnamələrlə təltif edildi.

Keçidlər