Şriftin ölçüsü :

Saytın rəngi :

Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən 5 igid şəhidimizin il mərasimi keçirilib.

02 oktyabr 2021 | 16:00

  Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən 5 igid şəhidimizin il mərasimi keçirilib. Bununala bağlı Abşeron rayonun Xırdalan şəhərində, Hökməli və Fatmayı kəndlərində çadırlar qurulub. İl mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.


Şəhid mayor Həsənov Elşad Paşa oğlunun, şəhid əsgər Ataşov Asif Kərim oğlunun, şəhid gizir Budaqov Rufiz Şirzad oğlunun, şəhid çavuş Mecdunov Xalid Zahir oğlunun, şəhid əsgər Vəliyev Oruc Ramiz oğlunun yaşadıqlara ünvanlara gedilərək onların ailə üzvləri ilə görüşülüb.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.
RİH başçısı şəhid çavuş Mecdunov Xalid Zahir oğlunun abidə kompleksinin açılışında da iştirak edib. Açılışda məktəblilər vətənpərvərli və şəhidimiz haqqında olan şeirlər səsləndiriblər.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.

Keçidlər