Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova Abşeronda yaşayan şəhid və qazi övladları ilə görüşdü

25 iyun 2021 | 16:00

26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “Vətən oğulları” adlı tədbir keçirilib. Tədbirdə rayon ərazisində yaşayan şəhid və qazi övladları və Abşeron RİH başçısı İradə Gülməmmədova iştirak edib. İştirakçılar əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn igid oğullarımız bir dəüqiqəlik sükutla yad edilib.
Şəhid və qazi övladları qarşısında çıxış edən İ.Gülməmmədova onların valideynlərinin ən müqəddəs amal – vətənizin bütövlüyü uğrunda döyüşdüyünü və canlarını fəda etdiyini vurğulayıb. Onbların ən dərin hörmətə layiq olduğunu qeyd edən başçı şəhidlərimzin sayəsində xalqımızın 30 illik vətən həsrətinə son qoyulduğunu söyləyib. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, doğru qərarları sayəsində Azərbaycanın ərazi bütövlüyünə qovuşduğunu deyən başçı ölkəmizin regiopnda söz sahibi olduğunu söyləyib. Hazırda respublikamızda şəhid və qazi ailələrinə dövlət səviyyəsində ən yüksək diqqət və qayğının göstərildiyini bildirən başçı bu qəbiuldən olan insanların bütüb problemlərinin həlli istiqamətdə əməli tədbirlərin görüldüyünü deyib.
Bundan sonra Abşeronda fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.
Sonda şəhid və qazi ailələri ilə görüşən İ.Gülməmmədova onların problemləri və qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.
Tədbirin sonunda şəhid və qazi övladlarına müxtəlif hədiyələr təqdim olunub.

Keçidlər