Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub

17 iyun 2021 | 16:00

Abşeronda səhiyyə işçilərinin peşə bayramı qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhərində yeni istifadəyə verilmiş Rayon Mərkəzi Xəstəxanasına baş çəkərək tibbi personalla görüşüb. Baş həkim Mehriban Qaralova xəstəxanada yaradılan şəraitlə başçını tanış edib.
Abşeron rayonunda, eləcə də respublika ərazisində fəaliyyət göstərən səhiyyə işçilərini peşə bayramları münasibəti ilətəbrik edən İ.Gülməmmədova rayonun səhiyyə sahəsində əldə olunan inkişaf və uğurlardan danışıb. Hazırda Abşeron rayonunda 500 mindən çox sakinin yaşadığını vurğulayan başçı qeyd edib ki, Xırdalanda böyük bir xəstəxana tikilib iastifadəyə verilib və burada əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir.
Sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova çıxış edərək Abşeron səhiyyəsinin tarixindən və bukünki naliyyətlərdən danışıblar.
Bundan sonra İ.Gülməmmədova tərəfindən baş həkim M.Qaralovaya “Səmərəli fəaliyyətinə görə” Fəxri Fərman təqdim edilib.

Keçidlər