Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu

05 may 2021 | 16:00

Abşeron rayonunda 5 May “Xalçaçı Günü” qeyd olunub. Abşeron rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Qobu qəsəbəsindəki “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialında xalçaçı xanımlarla görüş keçirilib. Görüşdə Abşeron RİH-inin şöbə müdirinin müavini Vüqar Bəşirov, aparıcı məsləhitçi Seymur Qasımov, filialın direktoru, Əməkdar mədəniyyət işçisi Rəfiqə Bəşirova, Abşeron Mədəniyyət Şöbəsinin müdiri İlham Manafov, Qobu qəsəbə icra nümayəndəsi Etibar Məmmədov və KİV nümayəndələri iştirak edib.
Bildirilib ki, Abşeron rayonunda xalçaçılığın qədim tarixi ənənələri vardır. Rayon ərazisində yaşayan xanımlarımız tarixən xalçaçılıqla məşğul olub və öz dəst-xətlərini yaradıb yaşatmışlar. Hazırda da toxucularımız qədim xalçaçılıq ənənələrini yaşatmağa, keyfiyyətli xalçalar toxumağa çalışırlar. Qeyd edilib ki, tarixən toxuculuqla məşğul olunan bu ərazilərdə xalçaçılıq az qala undulurdu. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev Abşeron filialını yaratmaqla qədim sənətimizi özümüzə qaytardı. Nəticədə yeni-yeni toxucular yarandı. Möhtərəm Prezidentimiz İlham Əliyev xalçaçılıq sənətinin hamisidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xalçaçılara böyük diqqət və qayğı ilə yanaşır.
Sonda fəaliyyətində fərqlənən toxuculara Fəxri Fərmanlar verilib.

Keçidlər