Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova I qrup əlilə yeni mənzilin açarlarını təqdim etdi

26 mart 2021 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə rayonun Aşağı Güzdək qəsəbəsində yaşayan I qrup əlil Nazlı Zaidovaya ev tikilib. Novruz bayramı günlərində mənzil aztəminatlı ailəyə təqdim edilib. Bu münasibətlə qəsəbəyə gələn başçı mənzildə yaradılan şəraitlə tanış olun. Rəmzi olaraq yeni evin açarlarını ev sahibinə təqdim edən başçıya məlumat verilib ki, N.Zaidova yeniyetmə qızı ilə birgə yaşayır və sosial vəziyyətləri aşağı olub. Başqa gəlir mənbəyi olmayan N.Zaidova yalnız əlilliyə görə aldığı pensiya ilə dolanıb. Mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində etdiyi müraciətə Abşeron RİH-i tərəfindən müsbət reaksiya verilib və bu istiqamətdə işlər görülüb. N.Zaidova üçün iki otaqlı, kürsülü yeni mənzil inşa olunub, təmir edilib və ev yeni mebellərlə təmin olunub. Elektrik avadanlıqları və mətbəxt cihazları yerləşdirilib. Mənzilə istilik sistemi çəkilib, kombi avadanlığı quraşdırılıb. Bir sözlə mənzildə yaşamaq üçün hər bir şərait yaradılıb.
N.Zaidova bu Novruzu ikiqat bayram etdiklərini deyərək belə bir əziz günü yeni mənzildə keçirməyin böyük sevincini yaşadıqlarını ifadə edib. Ən böyük arzusununun fərdi mənzilə sahib olmaq olduğunu deyən N.Zaidova Azərbaycan dövlətinin onun arzusunu reallaşdırdığını söyləyib. Ölkədə fiziki qüsurlu insanlara dövlət tərəfindən diqqət və qayğının göstərildiyini deyən N.Zaidova buna görə cənab Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Keçidlər