Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rüfət Şabanov doğum günündə yad edildi - Abşeron RİH əməkdaşları məzarını ziyarət edib, ailəsi ilə görüşdü

24 fevral 2021 | 16:00

Bu gün II Qarabağ müharibəsi zamanı şəhid olan Şabanov Rüfət Rauf oğlunun doğum günüdür. Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, Ceyranbatan qəsəbə bələdiyyəsinin və adıçəkilən qəsəbə icra nümayəndəliyinin üzvləri şəhidimizin məzarını ziyarət edib. Burada şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
Bildirilib ki, hər bir Azərbaycan oğlu kimi R.Şabanov da torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də II Qarabağ müharibəsi başlayan kimi silaha sarılaraq cəbhəyə yollanıb. Murovdağ zirvəsi ətrafında gedən döyüşlərdə iştirak edib və bu zaman şəhidlik zirvəsinə ucalıb.
Abşeron RİH əməkdaşları daha sonra R.Şabanovun Ceyranbatan qəsəbəsindəki evinə gələrək onun ailə üzvləri ilə görüşüb, qayğıları, problemləri ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin.

Keçidlər