Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalanda növbəti küçə asfalt olundu - Başçı əraziyə gəldi

05 fevral 2021 | 16:00

Xırdalan şəhərində növbəti küçə - Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurularaq asfalt olunub. Görülmüş işlərlə yerində tanış olmaq məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əraziyə gələrək baxış keçirib. İcra başçısına bildirilib ki, Əvəz Şəfiyev küçəsi Xırdalanın əsas küçələrindən biridir. Avtomobillərin daimi və fasiləsiz axınını tənzimlyən prospekt eyni zamanda Heydər Əliyev Parkının əsas girişinə aparan yoldur.
Qeyd edilib ki, layihə çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Kanalizasiya quyularının qapaqları yenilənib. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətləri, həmçinin piyada zolaqları çəkilib. Küçədə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Keçidlər