Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova şəhid mayor Elşad Həsənovun xanımı ilə görüşdü

25 yanvar 2021 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova şəhid mayor Həsənov Elşad Paşa oğlunun həyat yoldaşı Aksana Həsənova ilə görüşüb. RİH binasında baş tutan görüşdə başçı şəhid ailəsinin qayğıları, problemləri ilə maraqlanıb.
Bildirilib ki, mayor E.Həsənov vətənin hər bir igid oğlu kimi özünün müqəddəs borcunu yerinə yetirmək üçün Azərbaycanın ərazi bötövlüyü naminə canından keçib. Uğurlu göyüş əməliyyatları keçirən mayorumuz qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Şəhidlərimizin, qazilərimizin sayəsində Azərbaycanın ərazi bötüvlüyünün təmin edildiyini, bununla da işğala son qoyulduğunu deyən İ.Gülməmmədovanın sözlərinə görə, hər birimiz onlara borcluyuq. Ölkəmizdə şəhid ailələrinə, qazilərə və ümumilikdə hərbçilərə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan danışan başçı deyib ki, onların fərdi şəkildə qayğıları öyrənilir və lazım olan bütün köməkliklər göstərilir.
A.Həsənova da onu narahat edən məsələlərdən danışaraq göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Keçidlər