Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova İctimai Şuranın bir neçə üzvü ilə görüşüb

22 yanvar 2021 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova RİH yanında fəaliyyət göstərən İctimai Şuranın bir neçə üzvü ilə görüşüb. Şuranın fəaliyyətinin daha da genişləndirilməsi, bu vaxta qədər görülən işlər və qarşıya qoyulan vəzifələrin öhdəsindən vaxtında gəlinməsi istiqamətində danışan İ.Gülməmmədova şəhid ailələrinin, qazilərin daimi olaraq diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edib. Azərbaycanın ərazi bütövlüyünün şəhidlərimizin, qazilərimizin, ümumilikdə bütün hərçilərimizin sayəsində təmin olunduğunu söyləyən başçı qeyd edib ki, hər birimiz onlara borcluyuq. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik qərarları, qətiyyəti və uzagörən siyasəti nəticəsində Azərbaycan xalqının öz dədə-baba yurdlarına qovuşduğunu önə çəkən başçı dövlətimizin Qarabağda böyük quruculuq işlərinə başladığını qeyd edib.
Sonra İctimai Şuranın üzvləri onlara göstərilən etimadı doğrultmaq üçün çalışacaqlarını qeyd edərək gördükləri işlər haqqında məlumat veriblər.
Sonda İctimai Şuranın bir neçə üzvünə səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”lar verilib.

Keçidlər