Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova Elimxan Mehrəliyevi “Fəxri Fərman”la təltif etdi

22 yanvar 2021 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon ərazisində çap olunan “Abşeron” qəzetinin baş redaktoru Elimxan Mehrəliyevlə görüşüb. E.Mehrəliyevin uzun illər rayonda müxtəlif vəzifələrdə çalışdığını, hər zaman işinə böyük məsuliyyət və tələbkarlıqla yanaşdığını qeyd edən İ.Gülməmmədova bildirib ki, baş redaktor özünün şəxsi keyfiyyətləri, işgüzarlığı və səmimiyyəti ilə abşeronluların hörmətini qazanıb. E.Mehrəliyevin daim gənclərin yetişməsinə önəm verdiyini, bu istiqamətdə bilik və bacarıqlarını onlardan əsirgəmədiyini qeyd edən başçı onun iti qələmi ilə vətəninə, dövlətinə xidmət etdiyini qeyd edib. Başçı onu da əlavə edib ki, E.Mehrəliyev öz şəxsi xahişi ilə “Abşeron” qəzetinin baş redaktoru vəsifəsindən getmək istədiyini bildirərək gənclərə yol açmağın tərəfdarı olduğunu qeyd edib.
Öz növbəsində E.Mehrəliyev bildirib ki, daim Rayon İcra Hakimiyyətinin qayğısını üzərində hiss edib. Hər zaman öz işini vicdanla həyata keçirməyə çalışdığını bildirən E.Mehrəliyev göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Sonra İ.Gülməmmədova E.Mehrəliyevi rayonun ictimai həyatında göstərdiyi səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.
Məlumat üçün bildirək ki, “Abşeron” qəzetinin baş redaktoru vəzifəsinə Şəhla Ağbulud təyin olunub.

Keçidlər