Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH əməkdaşları şəhid Balaş Cəfərovun evində olublar

15 yanvar 2021 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər keçirilir, onların qayğıları və problemləri ilə maraqlanılır, lazimi dəstək və köməklik göstərilir. RİH başçısı İradə Gülməmmədovanın sərəncamına əsasən keçirilən növbəti görüş rayonun Hökməli qəsəbəsində şəhid Cəfərov Balaş Namiq oğlunun ailəsi ilə baş tutub. Şəhidin atası Namiq Cəfərov bildirib ki, 2002-ci ildə Hökməlidə anadan olan oğlu 2020-ci illin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. II Qarabağ müharibəsində silaha sarılan qəhrəmanımız ağır və uğurlu döyüş əməliyyatlarında iştirak edib. 44 günlük vətən müharibəsi dövründə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sonucu dəfə Oktyabırın 30-da ailəsi ilə telefonla danışıb. Orta təhsilllidir, uşaqlqdan idmanla məşğul olub. Oğlunun vətən uğrunda şəhid olmasından qürurlandığını bildirən N.Cəfərov vətəni qorumağın hamının müqəddəs borcu olduğunu dilə gətirib.
Allah rəhmət eləsin!

Keçidlər