Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH əməkdaşları qazi Ruslan Əliyevə baş çəkdi

12 yanvar 2021 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüş keçirilir, onların qayğıları və problemləri ilə maraqlanılır, lazimi dəstək və köməklik göstərilir. RİH başçısı İradə Gülməmmədovanın sərəncamına əsasən keçirilən növbəti görüş qazi Əliyev Ruslan Mustafa oğlu ilə baş tutub. Bildirilib ki, 09.07.1997-ci ildə Bakıda anadan olan qəhrəmanımız Aprel döyüşlərində də aktiv şəkildə iştirak edib. Daha sonra II Qarabağ müharibəsi başlayan kimi silaha sarılaraq cəbhəyə yollanıb. Uğurlu döyüş əməliyyatlarında iştirak edən qazimizin sonuncu döyüşü Şuşa ətrafında olub. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın dağlarına qalxan zaman minaatandan açılan atəş nəticəsində yaralanıb. Hazırda ev şəraitində müalicəsi davam etdirilən qazimizə Abşeron Xəstəxanası tərəfində tibb bacısı ayrılıb və R.Əliyev daimi olaraq tibbi nəzarət altında saxlanılır.
Hazırda yaşadıqları mənzildə mavi yanacağın olmadığını bildirən qazi bu kimi məsələlərdə köməklik göstərilməsini xahiş edib. RİH başçısı İ.Gülməmmədovanın tapşırığına əsasən bu istiqamətdə lazimi tədbirlər və sənədləşmə işləri görülüb. Yaxın günlərdə qazimizin evi mavi yanacaqla təmin olunacaq.

Keçidlər