Şuşa kimdədirsə, Qarabağ da ondadır. Çünki Şuşa şəhəri Qarabağın tacıdır. Azərbaycanlılar üçün müqəddəs olan bu şəhərə aparan yolun açılışı da olduqca əlamətdar hadisədir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir. Bu Qayıdışın surətlənməsi, Şuşanın dirçəlməsinə aparan yoldur.
Şuşanın işğaldan azad edilməsi şanlı Qələbənin rəmzidir.Bu hadisə Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Hər kəsə bəllidir ki, Şuşa uğrunda gedən döyüşlərdə ağır artellesiyadan istifadə olunmadı. Hətta xarici kütləvi informasiya vasitələri də bu nüansa xüsusi diqqət ayırdılar. Onların yazdığına görə, azərbaycanlılar avtomat, bıçaqla şəhəri azad etdilər. Bu da əsgərlərimizin gücündən, igidliyindən xəbər verən başlıca amillərdəndir.
Azərbaycan xalqı öz multikultural dəyərlərini yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır. Vahid Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Qarabağa həyat qayıdacaqdır. Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olundu
Cəbhədə əldə olunan qələbəmiz qalib Azərbaycan ordusunun şücaətlərindən yazmağa vadar edir. Qəhrəman hərbçilərimizin cəsarəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Hər kəs Azərbaycan əsgərinin hansı döyüş ruhuna malik olmasını açıq-aydın gördüş. Yaralı silahdaşını çiyninə qaldırıb düyüşünə davam edən Azərbaycanlı igid idi. Hətta Şuşa ətrafında gedən döyüşlərdən danışarkən ermənilər özləri belə bir etirafı edirdilər ki, Azərbaycan əsgəri yaralanırdı, o geri qayıtmaq əvəzinə yaralı-yaralı üstümüzə gəlirdi.
İgidlərimiz öz döyüş ruhu ilə Qələbə səlnaməsi yaratdılar. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Bu qələbə elə-belə başa gəlmədi. Səngərdə, cəbhədə çətinliklərə sinə gərən əsgərlə birlikdə dövlətimiz də xaricdən edilən təzyiqlərə iradə nümayiş etdirdi. Deməli, bu, bütün təzyiqlərə rəğmən qazanılmış qələbədir. Çünki 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir. Cənab Prezident İlham Əliyev ona görə bildirmişdir ki, dünyada heç bir qüvvə bizi vətən müharibəsindən döndərə bilməz. Və döndərə bilmədi də. Biz 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı geri qaytardıq. Azərbaycan xalqının cəlladları öz haqlı cəzalarını aldılar. Ordumuz Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib. Azərbaycan Köçəryan-Sarkisyan ordusunu da məhv etdi. Onlara öz yerini göstərdilər. Bu kimi canilər döyüş meydanına gəlməkdən boyun qaçırdılar. Qorxaqlıq nümayiş etdirdilər. Qondarma Respublikanın “Prezidenti” ümumiyyətlə bunkerdən burnunu belə, çölə çıxarmadı. Bilirdi ki, Azərbaycan əsgəri onun burnunu qırmağa hazırdı.
Güc və həmrəylik rəmzi olan DƏMİR YUMRUQ
Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir. Ona görə də bu, haqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsi adlandırılır. Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, Azərbaycan isə qalib gəlib. Çünki Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Amma ermənilər çıxarkən özləri ilə hətta pəncərələrin çərçivələrini aparır, boş evləri yandırırlar. Çünki bu onların evləri deyildi. Ağacları doğrayır, meşələrə od vurudu. Apara bildikləri heyvanları aparır, aparmadıqları isə öldürüb ətrafa atırdılar. Bütün bunlar barbarlıqdır, onlar insan ağlına sığmayan qeyri-insani hərəkətlər etməkdən nəinki çəkinir, hətta etdiklərini fəxrlə çəkib telekanallar vasitəsi ilə içtimaiyyətlərinə göstərirdilər.
Rəsmi İrəvan məsuliyyətsiz və faşist məzmunlu siyasət yürüdür
Düşmən törətdiyi əməllərə, müharibə cinayətlərinə görə mütləq məsuliyyət daşımalıdır. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlərplanlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. İşğal edilmiş bütün ərazilərdə evlər, bütün infrastruktur dağıdılıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsi silmək istəyib. Bütün dünya erməni vandalizm aktlarının şahididir. Mənfur düşmən vəhşiliklər törədirək məktəbləri yandırır, elektrik xətlərini qırır.
Erməni mifləri süquta uğradı. Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir. “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu. Bütün dünya döyüş meydanında kimin qaçdığını açıq-aydın gpördü. Erməni xüsusi taboru Azərbaycan əsgərinin qarşısından qaçırdı, sanki bizimkilər it qovurdu.
Rəsmi İrəvan törətdiyi vandalizmə görə cavab verməlidir. İnsaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir.