Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron Rayon Icra Hakimiyyəti yanında Ictimai Şuranın yeni üzvlərinin ilk iclası keçirildi.

19 oktyabr 2020 | 16:00

Oktyabrın 17-də Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirildi. İclası giriş sözü ilə açan Abşeron rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin şöbə müdiri Azər Məmmədov qeyd etdi ki, Prezident ilham Əliyevin  bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib həmçinin bildirdi ki, ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyi, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılması və onların həlli yollarına dair təkliflərin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının qarşısına yeni vəzifələr qoyulub. Son olaraq İctimai Şuranın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
İctimai Şuranın sədri Elçin Quliyev iclasda son zamanlar ölkəmizdə aktual olan məsələlərlə bağlı təkliflər verdi. İclasda Abşeron ərazisində Koronavirus("Covid19") infeksiyasının yayılmasının qarşısının alınması məqsədiylə maarifləndirici tədbirlərin görülməsi, cəbhədə yaralanan əsgərlərə dəstək olmaq məqsədiylə qanvermə aksiyasının keçirilməsi və digər aktual məsələlərlə bağlı müzakirələr aparıldı. Şuranın üzvləri bu və digər məsələlərlə bağlı fikirlərini bildirdilər və təkliflər verdilər.
Sonda İctimai Şuranın sədri Elçin Quliyev İctimai Şuranın Abşeron ərazisindəki problemlərin  həllində yaxından iştirak edəcəyini və bu tədbirlərin öz töhfəsini verəcəyini bildirdi.

 

Keçidlər