Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda COVİD -19 infeksiyasına qarşı reydlər keçirilir

03 sentyabr 2020 | 16:00

Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin yumuşaldılmasından sonra Abşeron rayonunda COVİD -19 infeksiyasınını yayılmasının qarşısının alınması məqsədilə mütamadi olaraq monitorinqlər keçirilir. Növbəti belə monitorinq Xırdalan şəhəri, Ceyranbatan, Güzdək və Aşağı Güzdək  qəsəbələrində baş tutub. Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə keçirilən reydlərdə sahibkarlara və məsul şəxslərə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunması, ara məsafənin qorunması, tibbi-gigiyenik vasitələrdən istifadə edilməsi barədə ciddi xəbərdarlıqlar edilir. Mobil qrupun üzvləri şəhər və qəsəbələrin ərazilərini gəzərək fəaliyyətinə icazə verilmiş ticarət obyektlərinə, ərzaq mağazalarına, marketlərə baş çəkiblər. Burada çalışan işçilərlə pandemiya şəraitində tətbiq olunan qaydalara riayət olunması ilə bağlı maarifləndirici söhbətlər aparıblar. Eyni zamanda açıq havada fəaliyyət göstərən bir neçə ictimai-iaşə obyektlərində ara məsafənin qorunması və gigiyenik qaydalara əməl olunması barədə obyekt sahiblərinə xəbərdarlıq ediblər.
Əlavə olaraq mobil qrup üzvləri mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlar və ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə də söhbətlər apararaq onlara karantin rejiminin tələblərinə əməl etməyi, sanitar-gigiyenik normalararın qorunmasının vacibliyini xatırladıblar.
Qeyd edək ki, Abşeron rayonunda bu cür kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər