Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda COVİD-19 pandemiyası ilə əlaqədar növbəti reyd keçirilmişdir

10 avqust 2020 | 16:00

10.08.2020-ci il tarixində Nazirlər Kabineti yanında Operativ Qərargahda Baş Nazirin iştirakı ilə keçirilən müşavirədə qəbul olunmuş qərar və göstərişlərə əsasən Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə “COVİD-19 virusundan necə qorunmalı” mövzusunda təbliğat və maarifləndirmə reydi keçirilmişdir. Reyd zamanı rayonun parklarında, eləcə də fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi əraziləri gəzərək təbliğat işləri aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə işləri həyata keçirilib. RİH başçısı fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində, eləcə də küçə və prospektlərdə sakinlərlə söhbətləşib, onlara koronavirus (COVİD-19) pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumat verib. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.
Keçirilən tədir ölkənin tanınmış kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə və yerli mətbuatda işıqlandırılmışdır.

Keçidlər