Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın var oluşunda Heydər Əliyev dühası

15 iyun 2020 | 16:00

İllər keçdikcə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün gördüyü işlərin böyüklüyünü, əhəmiyyətini daha dərindən dərk etməyə başlayırsan. Xalqın çıxılmaz vəziyyətində, dövlətimizin müstəqilliyinin təhlükə qarşısında qaldığı bir durumda, sözün həqiqi mənasında, məhz ulu öndərin uzaqgörən siyasəti, əqidəsi, nümayiş etdirdiyi iradəsi olmasaydı yəqin ki, bugünki Azərbaycanın mövcudluğu sual altında olardı.  Ona görə də əminliklə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında mühüm addım oldu. Həmin tarixdəki Azərbaycan gündəliyinə nəzər salsaq ölkənin nə qədər acınacaqlı durumda olduğunu açıq şəkildə görə bilərik. 1993-cü il 15 iyuna qədər respublikamızda kriminagen vəziyyət son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi. Hərbi birləşmələr özünün müqəddəs borcu olan bir missiyanı – torpaqlarımızın işğaldan azad etmək kimi müqəddəs missiyanı kənara qoymuş, ona rəhbərlik edənlərin siyasi ambissiyalarının əsirinə çevrilmişdir. Ordunun gücünü düşmənə deyil, xaqına qarşı çevirən S.Hüseynov ölkədə növbəti bir çaxnaşmanın baş verməzinə böyük zəmin yaratmışır. Bununla belə, cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. O, hakimiyyətin üst qatına qarşı itaətsizlik nümayiş etdirir, istədiyi addımları atmaqla özbaşınalıq, hərc-mərclik göstərirdi. Bu azmış kimi şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında  kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı. Kənar qüvvələrin təhriki və eləcə də dolayısı yolla göstərdiyi dəstək, bununla belə məqsədli şəkildə qızışdırıcı addımların atılması ilə separatçılığın alovlanmasına zəmin yaradılmağa cəhd göstərilirdi. Üstəlik ölkənin daxilində kriminogen durum heç də ürəkaçan deyildi. Məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi. Xüsusilə vətəndaşlardan axşam saatlarında evdən çıxmaq qorxusu yaranmışdı. Bu da əbəs yerə deyildi. Çünki gecə saatlarında tez-tez cinayət hallarının yaşanması və onun miqyasının günü-gündən böyüməsi insanlarda asayişin qorunacağına böyük şübhələr yaratmışdı. O cümlədən, Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.

Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin önünü tıxayırdı. 
AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı.  Bütün bunlara əlavə olaraq cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi.AXC rəhbərliyinin o illərdə Azərbaycanın siyasi reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdur.Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.
Bütün bunlar Heydər Əliyevin hakimiyyətə qayıdışını  zərurətə çevirmişdi. Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Heydər Əliyevin məsuliyyəti öz üzərinə götürməsi, çiyinlərini ağır yükün altına verməsi, özünü alovun üzərinə atmaqla xalqı yuxarıda sadalanan problemlərdən xilas etdi, dövlət müstəqilliyimizi qorudu. Ümummilli lider hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü başladı. Onun Bakıya gəlməsi ilə qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına alındı, sabitlik təmin edildi. Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı. Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı. İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi. İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi. Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı. Ordu quruculuğunda mühüm addımlar atıldı. Ölkə daxilində siyasi sabitlik təmin edilməklə Azərbaycan xalqı böyük uğurlar əldə etməyə başladı. Belə ki, ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində enerji sahəsində çox əhəmiyyətli naliyyətlər qazanılı. Belə ki, “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar. Bu elə bir dönəm idi ki, Azərbaycanın qonşuları nəinki gizli formada, eyni zamanda açıq şəkilə Azərbaycanın belə bir müqavilə imzalamaması üçün fəaliyyət göstəririlər. Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərini Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı. Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi.
Ümummilli lider Heydər Əliyev təkcə ölkə daxilində deyil, eyni zamanda Azərbaycanın xarici siyasətdə də uğurlar qazanmasının əsasını qoydu. İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu. Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.  Bütün bu işlərin nəticəsində Azərbaycan bu gün də ayaq üstünə durmağı bacardı. Bu gün də eyni siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçidlər