Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib

18 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə Azərbaycanda fəaliyyət göstərən könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib və bu mərkəz hazırda öz fəaliyyətini davam etdirməkdədir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.
AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.

“Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər.
Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Abşeron rayononunda “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya uğurla davam etdirilib.
Ümumilikdə, Xırdalan şəhəridə daxil olmaqla, rayonun kənd və qəsəbələrində 100-ə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 1134 ailəyə dəstək göstərilməsində iştirak ediblər.

İnfeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə Abşeron rayonun gənc könüllüləri də koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə fəal iştirak ediblər. Abşeronlu könüllülər tərəfindən Xırdalan şəhərində, eləcə də rayonun kənd və qəsəbələrində sakinlərə bukletlər paylanılıb, müxtəlif yerlərdə elanlar asılıb. Könüllülər evlərdə, eləcə də küçə və parklarda sakinlərlə epidemiyanın təhlükəsi və ondan qorunma yolları barəsində maarifləndirici söhbət aparıblar. Söhbət zamanı şəxsi gigiyena qaydalarına əməl etməyin, özünütəcrid şəraitinə uyğunlaşmağın, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağın, digər şəxslərlə minimum dərəcədə kontaktda olmağın, insanların sıx toplaşdığı yerlərə getməməyin zəruriliyi barədə məlumatlar veriblər. Könüllülər kənd və qəsəbələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar və müəyyənləşdirdiyi qaydalarla bağlı Abşeron rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış broşürlərin paylanılmasında və əhalinin maarifləndirilməsi tədbirlərində fəal iştirak etmişlər. Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə rayon ərazisində yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə ərzaq bağlamalarının catırılmasında yaxından iştirak ediblər.

Bu gün ölkəmizin gənclərinin - könüllülərimizin yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir. İndiki şəraitdə şəhid ailələrinə, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərin və tənha yaşlıların evlərinə baş çəkən könüllülərimiz əsl dost dəstəyinin, xeyirxahlığın nümunəsi oldular.

Keçidlər