Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

01 noyabr 2019 | 16:00

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Güzdək qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilib.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Güzdək qəsəbəsinin əsas problemlərinin həll olunduğunu, əhalinin lazimi kommunikasiya xətləri ilə təmin edildiyini vurğulayan İradə Gülməmmədova rayonda görülən işlərdən, aparılan quruculuq - abadlıq tədbirlərindən danışıb, bu istiqamətdə olan fəaliyyətin bundan sonra da davam etdiriləcəyini sakinlərin diqqətinə çatdırıb.

Sonra Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Fəxrəddin Orucov və sözügedən qəsəbə bələdiyyəsinin sədri Həsən Hacıağayev hesabat xarakterli çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.

Səyyar qəbulda iştirak edən sakinlər bu cür qəbbulların çox effektli olduğunu, qaldırılan problemlərin həll edildiyini önə çəkiblər. Ötən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, problemlərin aradan qaldırıldığını vurğulayaraq çıxışçılar bütün bunlara görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiribdilər.

Bununla yanaşı qəsəbənin telefon xəttləri ilə əhatə olunmasında və yeni salınan məhəllələrində küçələrin abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Keçidlər