Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda qurbanlar kəsilib, şəhid ailələrinə və imkansız şəxslərə yardımlar edilib

12 avqust 2019 | 16:00

Müqəddəs Qurban bayramı respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da kütləvi qeyd edilir.

Abşeron rayonunda kəsilən qurbanlar rayon icra hakimiyyətində yaradılan komissiya tərəfindən tərtib olunmuş siyahıya əsasən bir şəhər, 15 kənd və qəsəbə inzibati ərazi dairəsində qurban əti şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinə, tənha və yataq xəstələrinə, habelə yardıma ehtiyacı olan digər ailələrə verilib.. Ümumilikdə 2 mindən çox ailəyə qurban payı verilib.

Qurbanlıq heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən məntəqədə kəsilib.

Keçidlər