Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH başçısı İradə Gülməmmədova Fatmayı kəndində vətəndaşları qəbul etdi.

29 mart 2019 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Fatmayı kəndinin sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova əvvəlcə ölkədə və rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işlərindən danışaraq bu layihələrin bundan sonra da davam edəcəyini vurğulayıb. Fatmayı kənd sakinləri ilə bundan önçəki görüş zaman qaldırılan problemlərin böyük əksəriyyətinin həll olunduğunu deyən İ.Gülməmmədova bildirib ki, səyyar qəbulların keçirilməsində məqsəd sakinlərin problemlərini yerindəcə həll etmək, onlar tərəfindən edilən müraciətlərin reallaşdırılmasıdır.

Bildirilib ki, Abşeron rayonunun bir qrup gənc fəalları tərəfindən “Facebook” sosial şəbəkəsində “İctimai fikir” səhifəsi yaradılıb. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ərsəyə gələn sözügedən səhifə sosial şəbəkədə fəaliyyət göstərən digər səhifələrdən tamamilə fərqlənir. Belə ki, “İctimai fikir”in əsas amalı sakinləri narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ şəkildə həllinə köməklik göstərilməsidir. Onun vasitəsi ilə qaldırılmış məsələlər aidiyyatı qurumlara yönəldilir və operativ şəkildə cavablandırılır.

Sonra Abşeron RİH başçısının Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif Haqverdiyev hesabat xarakterli məruzə ilə çıxış edərək görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə cənab Prezident İham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sakinlər əsasən yeni salınmış küçələrə telefon xəttlərinin çəkilməsi, marşrut avtobusunun hərəkət etdiyi məsafənin kəndin içərilərinə doğru uzadılması, bankomat aparatının qoyulması, aptek dükanının açılması və digər bu kimi məsələlərdə köməklik göstərilməsini xahiş ediblər.

İştirakçılar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerindəcə həll edilib, vaxt və maliyyə tələb edən məsələlərin həlli istiqamətində isə lazimi tapşırıqlar verilib.

Keçidlər