Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi.

12 dekabr 2018 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Abşeronda da ümummilli lider Heydər Əliyevin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrilib. Bir həftə öncə rayonun əmək kollektivlərində, bütün təhsil ocaqlarında Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər və dərslər keçirilib. Ümumtəhsil müəssisələrində dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlar barədə ətraflı məlumat verilib.

Azadinform xəbər verir ki, dekabrın 12-də Abşeron rayon icra hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri, hərbi hissələrin əsgər və zabit heyəti Xırdalan şəhərinin mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.

Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hər kəsi yaxın keçmişə qaytarıb, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Keçidlər