Şriftin ölçüsü :

Saytın rəngi :

RIH Başçısı bir neçə yubilyarları təbrik edib

10 dekabr 2018 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova uzun illərdir ki, Abşeron rayonunda müxtəlif vəzifələrdə çalışan bir qrup ziyalını yubileyləri münasibətilə İcra Hakimiyyətində qəbul edib.

Xanım başçı həmin ziyalıların Abşeron rayonunun ictimai-siyasi həyatında olan xidmətlərini xüsusi qeyd edib. İ.Gülməmmədova Abşeron RİH-in sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Fariz Əliyevi 60, Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyevi 55 və Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi İlham Manafovu 55 illik yubileyləri münasibəti ilə təbrik edib, onlara gələcək işlərində və şəxsi həyatlarında uğurlar arzulayıb.

Yubilyarlar uzunmüddətli və səmərəli fəaliyyəti, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə rayon icra hakimiyyəti başçısı tərəfindən fəxri fərmanla təltif edilib və onlara təşəkkür elan olunub.

 

Keçidlər