Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova “İxlas ” məscidində təmirdən sonra yaradılan şəraitlə tanış olub

25 oktyabr 2018 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçı İradə Gülməmmədova Pirəkəşkül kəndinin “İxlas ” məscidində cari təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bu məscidin 2009-cu ildən fəaliyyət göstərdiyini deyən dini ibadətgahın axundu , məscidin rayon rəhbərinin tapşırığına əsasən yenidən təmir olunmasına görə kəndin din xadimləri və ağsaqqalları adından xanım başçıya minətdarlıq edib.

İ.Gülməmmədova bildirib ki, Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərilib. Həm ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafı diqqət mərkəzində saxlanılıb. Son bir neçə ildə rayonda onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib.

Xanım başçı çıxışında onuda qeyd edib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarının inşa olunması, cənab prezidentin Prezident seçkilərindən dərhal sonra Hacı Cavad məscidinin açılışında iştirakı, dindarlarla görüşü ölkəmizdə İslam dəyərlərinə böyük önəm verilməsini bir daha təsdiq edir.

Sonda icra hakimiyyətinin başçısına Qurani-Kərim hədiyyə olunub.

Keçidlər