Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədovanın Güzdək qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib

07 sentyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Abşeron rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir. Rayon İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı, icra başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər də əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük önəm daşıyır.

Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın sakinlərlə növbəti səyyar görüşü Güzdək qəsəbəsində keçirilib. Toplantıda rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, icra hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, Güzdək qəsəbəsinin icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

Görüşdə rayon rəhbəri məlumat verib ki, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilib, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olanların əsaslı təmiri və müasir avadanlıqla təchizatı sahələrində əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.

Səyyar qəbulda iştirak edən qəsəbə sakinləri Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinə xüsusi diqqət və qayğısından, eləcə də son illərdə rayonda, qəsəbədə görülən işlər barədə danışıblar.

Sonra qəsəbə sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət ediblər.

Qaldırılan məsələlərin bir çoxu elə qəbul zamanı öz həllini tapıb. Digər problemlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilib.

 

Keçidlər