Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçird

16 iyul 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Abşeron Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Abşeron RİH başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlərlə yanaşı, Rayon İcra Hakimiyyətində də vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunur.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova vətəndaşları ərizələrinə əsasən fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

16.07.2018-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulunu keçirib.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 15 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi, maddi yardım istəməsi və digər məsələlər barədə olub.

Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Məlumat üçün bildirək ki, əvvəlki dövrlərdə olduğu kimi son 6 ayda Abşeron rayon icra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova tərəfindən rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə rayonun qəsəbə və kəndlərində 1860 nəfər sakinin iştirakı ilə 15 görüş keçirilmiş, 158 nəfər sakinin müraciəti dinlənilmişdir. Qəbullarda qaldırılan məsələlər ilə bağlı tədbirlər planı tərtib edilərək aidiyyəti müəssisə və təşkilatlarla birlikdə həlli ciddi nəzarətə götürülmüşdür.

 

Keçidlər