Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti səyyar qəbulu Mehdiabad qəsəbəsində keçirilib

20 iyul 2018 | 16:00

Abşeron rayonunda son illərdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər, tikinti-quruculuq, yol-abadlıq işlərinin sürətləndirilməsi, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlər əhalinin ruh yüksəkliyinə səbəb olub. Rayonun ayrı-ayrı yaşayış məntəqələrinə gedən avtomobil yollarının asfaltlaşdırılması, rayonda yeni bağça və məktəblərin tikintisi və digər abadlıq, quruculuq işləri, səyyar qəbul və görüşlərdə verilən təkliflər və müraciətlər əsasında öz həllini tapır.

Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirməsi öz müsbət təsirini göstərir. Hər yeni təşəbbüs, istifadəyə verilən yeni sosial obyektlər, əhalinin güzəranının yaxşılaşmasına, rahatlığın təmininə yönəlik işlər sakinlərin razılığına səbəb olur. Belə görüşlərdən biri də iyulun 20-də rayonun Mehdiabad qəsəbəsində keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakini iştirak ediblər.

Xanım başçı çıxışında Mehdiabad qəsəbə sakinləri ilə əvvəllər də bir neçə dəfə görüşdüyünü, həmin görüşlərdə qaldırılan məsələlərin – qəsəbədə yeni məktəb və bağça binasının tikintisi, məhəllə arası yolların asfaltlaşdırılması, əhalinin su, elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunması sahəsində mühüm işlər görüldüyünü və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Mehdiabad qəsəbə sakinlərindən Arzu Cəfərova, , Məhəmməd Hacıyev, Ziyafət Suleymanov, Natavan İbrahimova, Sənubər Babayeva, Adışirin İbrahimov, Fazil İsgəndərov, Niyaməddin Orduxanlı öz fikir və mülahizələrini bölüşərək onları narahat edən məsələlərlə bağlı təkliflərini veriblər. Təkliflər sırasında sosial problemlər, mübahisəli torpaq məsələsi,fasiləsiz içməli su ilə təmin olunma, yollarının abadlaşdırılması və digər məsələlər də yer alıb.

Səyyar qəbul-görüşü yekunlaşdıran İradə Gülməmmədova bildirib ki, səyyar qəbulun keçirilməsində məqsəd qəsəbə ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həllini tapıb, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər